AZ

İngiltərə Premyer Liqası: bu gün Mançester derbisi keçiriləcək

Bu gün İngiltərə Premyer Liqasında Mançester derbisi keçiriləcək.

"Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edəcək.

“Old Trafford”dakı qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

"Qırmızı şeytanlar"da Amad Diallo, Teyrell Malasia, Lisandro Martines, Lyuk Şou, "şəhərlilər"də isə Manuel Akanji və Kevin De Bruyne zədə səbəbindən görüşü buraxacaq.

Meydan sahibləri 15 xalla 8-ci, qonaqlar 21 xalla 3-cü pillədə qərarlaşıb.

Cebhe.info

Seçilən
440
17
cebheinfo.az

10Mənbələr