Bu gün İngiltərə Premyer Liqasında Mançester derbisi keçiriləcək.
“İki sahil” xəbər verir ki, "Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edəcək. “Old Trafford”dakı qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. "Qırmızı şeytanlar"da Amad Diallo, Teyrell Malasia, Lisandro Martines, Lyuk Şou, "şəhərlilər"də isə Manuel Akanji və Kevin De Bruyne zədə səbəbindən görüşü buraxacaq.
Meydan sahibləri 15 xalla 8-ci, qonaqlar 21 xalla 3-cü pillədə qərarlaşıb.