AZ

"ABŞ İsrailin hücumlarını Tel-Əvivdəki yeraltı bazadan idarə edir" -İran

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək rütbəli rəsmiləri, eləcə də ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin hərbi rəhbərləri İsrailin Qəzza zolağında səylərini əlaqələndirmək üçün Təl-Əvivdəki yeraltı bazadadırlar.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri İran Silahlı Qüvvələrinin general-mayoru Qulam-Əli Rəşid deyib.

"Bizdə olan məlumata görə, CENTCOM-un komandirləri, eləcə də Amerika ordusunun quru qoşunları və dəniz qüvvələri hazırda Tel-Əviv yaxınlığındakı yeraltı bazadadır. Onlar Qəzza zolağında əməliyyat zamanı İsrail qüvvələrinin komandirlərinin hərəkətlərini koordinasiya edirlər”, – Rəşid Tasnim agentliyinə istinadən yazır.

Onun sözlərinə görə, bu cür məlumatlar bir daha sübut edir ki, xüsusilə də işğalçılara tədarük etdikləri minlərlə bomba və raketlər nəzərə alsaq, ABŞ-ın hərəkətləri regionda münaqişənin yayılmasının məhdudlaşdırılması zərurəti ilə bağlı bəyanatlara uyğun gəlmir.

İsrail və Amerika tərəfləri isə iranlı general-mayorun fikrini şərh etməyiblər.

NƏRGİZ

Seçilən
1184
50
redaktor.az

10Mənbələr