AZ

HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağına sülhməramlı qüvvələr göndərilə bilər

ABŞ və İsrail radikal Fələstinin HƏMAS hərəkatının məğlubiyyəti və anklavda hərbi əməliyyatların dayandırılması halında Qəzza zolağına sülhməramlı qüvvələrin göndərilməsi imkanını nəzərdən keçirir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazır. Agentliyin məlumatına görə, müharibə başa çatdıqdan sonra Qəzzanın inkişafı planı çərçivəsində üç variant müzakirə edilir. Birincisi Qəzzanın ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq bölgəsindəki ölkələrin nəzarətinə keçir.

İkinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində nəzərdə tutulan missiyaya bənzər sülhməramlı missiyanın yaradılmasını nəzərdə tutur. Sənəd ölkələr arasında hərbi əməliyyatların dayandırılmasını və daha sonra sərhədin hər iki tərəfində əvvəlcədən razılaşdırılmış zonalarda BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tuturdu. İsrailin fikrincə, bu daha diqqətə layiq olan variantdır.

Üçüncü varianta görə isə Qəzza zolağı müvəqqəti BMT-nin nəzarətinə keçəcək. Lakin İsrail bu planı praktiki hesab etmir. “Bloomberg”in həmsöhbətləri qeyd ediblər ki, Qəzza zolağının gələcək inkişafı ilə bağlı danışıqlar ilkin mərhələdədir və bəzi Amerika rəsmiləri bu planların həyata keçirilməsini çətin hesab edirlər. Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Vatson agentliyə bildirib ki, ABŞ silahlı qüvvələrinin sülhməramlı missiyanın bir hissəsi kimi Qəzzaya göndərilməsi müzakirə edilmir.

//Samir Qurbanov, Editor.az

Seçilən
1211
50
editor.az

10Mənbələr