
Vaşinqton, 18 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden koronavisrusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb. O bildirib ki, prezident əvvəlcədən peyvənd olunub və xəstəliyi yüngül simptomlarla keçirir. Co Bayden Delaverə gedərək özünütəcrid rejimində işləyəcək.
Xəstəliyə görə Co Baydenin Las-Veqas səfəri təxirə salınıb. Onun “UnidosUS” təşkilatının konfransında çıxışı nəzərdə tutulurdu.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton