AZ

Prezident Bayden COVID-19-a yoluxub

ABŞ Prezidenti Co Bayden koronavisrusa yoluxub.

Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb. O bildirib ki, prezident əvvəlcədən peyvənd olunub və xəstəliyi yüngül simptomlarla keçirir. Co Bayden Delaverə gedərək özünütəcrid rejimində işləyəcək.

Xəstəliyə görə Co Baydenin Las-Veqas səfəri təxirə salınıb. Onun “UnidosUS” təşkilatının konfransında çıxışı nəzərdə tutulurdu.

Seçilən
35
9
azpost.info

10Mənbələr