Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı sələfi Rişi Sunakı səhvən “baş nazir” adlandırıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Kir Starmer səhvini dərhal düzəldib və gülərək köhnə vərdişlərin tərgidilməsinin vaxt apardığını deyib.
Qeyd edək ki, Rişi Sunak 25 oktyabr 2022-ci ildən 5 iyul 2024-cü ilə qədər Britaniyanın Baş naziri vəzifəsini icra edib. Leyboristlər Partiyasından Kir Starmer iyulun 4-də keçirilən seçkilərdə qalib gələrək Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Mənbə: AZƏRTAC