AZ

Kir Starmer Rişi Sunaka səhvən baş nazir deyə xitab edib

Kir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı sələfi Rişi Sunakı səhvən “baş nazir” adlandırıb.

AZƏRTAC xəbər verir ki, Kir Starmer səhvini dərhal düzəldib və gülərək köhnə vərdişlərin tərgidilməsinin vaxt apardığını deyib.

Qeyd edək ki, Rişi Sunak 25 oktyabr 2022-ci ildən 5 iyul 2024-cü ilə qədər Britaniyanın Baş naziri vəzifəsini icra edib. Leyboristlər Partiyasından Kir Starmer iyulun 4-də keçirilən seçkilərdə qalib gələrək Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.

Seçilən
31
2
xalqcebhesi.az

3Mənbələr