Bakı. Trend:
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlətbaşçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Trend-inməlumatına görə, bu, bu gün Astanada keçirilən Türk DövlətləriTəşkilatının “Türk əsri” süarı altında keçirilən 10-cu yubileyZirvə toplantısının yekunlarına dair qəbul edilmiş bəyannamədədeyilir.
“Azərbaycanın TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün2024-cü il aprelin sonu - mayın əvvəlində Şuşada çağırılmasıtəklifi nəzərə alınsın”, - deyə bəyannamədə qeyd olunub.
Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada TürkDövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti keçirilib.TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgəfəaliyyət planı, həmçinin, Astana Aktı və Astana SammitininBəyannaməsi imzalanıb.