AZ

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.Olaylar.az xəbər verir ki, bu, bu gün Astanada keçirilən Türk Dövlətləri Təşkilatının "Türk əsri" süarı altında keçirilən 10-cu yubiley Zirvə toplantısının yekunlarına dair qəbul edilmiş bəyannamədə deyilir."Azərbaycanın TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün 2024-cü il aprelin sonu - mayın əvvəlində Şuşada çağırılması təklifi nəzərə alınsın", - deyə bəyannamədə qeyd olunub.Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti keçirilib. TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin, Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanıb.

Seçilən
373
3
olaylar.az

10Mənbələr