Bakı. Trend:
Oktyabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalıvar. Gecə və səhər duman olacaq. Mülayim cənub küləyi gündüz arabirgüclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23°isti olacaq.
Oktyabrın 6-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuzolacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti,dağlarda gecə 4-8° isti, gündüz 11-16° isti olacaq.