Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağıehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərqküləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanıntemperaturu gecə 13-16° , gündüz 18-22° olacaq. Atmosfer təzyiqi756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbirütubət gecə 80-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabiryağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanxarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qaryağacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° , gündüz 19-24°, dağlarda gecə3-8°, gündüz 10-15° olacaq.