AZ

Hərbi-siyasi kabinet Netanyahuya Livanla bağlı qərar qəbul etmək səlahiyyəti verib

Hərbi-siyasi kabinet Netanyahuya Livanla bağlı qərar qəbul etmək səlahiyyəti verib

İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə “Hizbullah” təşkilatına qarşı cavab tədbirləri barədə qərar vermək səlahiyyəti veriblər”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Netanyahunun Tel-Əvivdə hərbi-siyasi kabinetin iclasını çağırdığı məlum olub.

Mənbə: AZƏRTAC

Seçilən
63
3
ilk.az

4Mənbələr