Bakı. Trend:
İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu vəmüdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindənsonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyətiverib.
Trend xəbər verirki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Kabinet üzvləri Baş nazirə və müdafiə nazirinə "Hizbullah"təşkilatına qarşı cavab tədbirləri barədə qərar vermək səlahiyyətiveriblər,” - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Netanyahunun Tel-Əvivdə hərbi-siyasi kabinetiniclasını çağırdığı məlum olub.