AZ

Prezident Kəlbəcərdəki maşın nömrəli hasarı sökdürdü - FOTO

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri hasar sökülüb.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman hasarın sökülməsi barədə göstəriş verib.

 

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri hasarı söküblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

 

Seçilən
271
32
sfera.az

10Mənbələr