AZ

Prezidentin göstəriş verdi Vəngli kəndindəki lövhə SÖKÜLDÜ - FOTO

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhə sökülüb.


Referans.Az-ın xəbərinə görə, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.


Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.


Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.//Report/

Seçilən
294
32
oxu.az

10Mənbələr