Bakıda kafe sahibi və ofisiant döyüldü
Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü Şamil Bəkir oğlu İsmayılov və ofisiant, 1994-cü il təvəllüdlü Timur Oleqoviç Panovun müştərilərlə mübahisəsi yaranıb.Mübahisə sahibkarla və işçinin döyülməsi ilə yekunlaşıb.Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.