AZ

Bakıda OLAY - müştərilər kafe sahibi və ofisiantı DÖYDÜLƏR

Bakıda kafe sahibi və ofisiant müştərilər tərəfindən döyülüb.


Hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.


Belə ki, kafenin müdiri, 1982-ci il təvəllüdlü İsmayılov Şamil Bəkir oğlu və ofisiant, 1994-cü il təvəllüdlü Panov Timur Oleqoviçin müştərilərlə mübahisəsi yaranıb.


Mübahisə sahibkarla işçinin döyülməsi ilə yekunlaşıb.


Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır./Report

Seçilən
1003
15
oxu.az

10Mənbələr