AZ

Almeyda 35 yaşda 50-ni vurdu

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

Seçilən
30
18
publika.az

10Mənbələr