AZ

Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurdu

Riçard Almeydanın yubiley topu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"la səfər oyununda (4:1) vurduğu qolla yüzü yarılayıb. Riçard 50-yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.

Qeyd edək ki, 2012/13 mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qolunu da həmin çempionatda vurub. Yalnız "Qarabağ"ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi bir müddət "Zirə"nin də formasını geyinib.


Seçilən
43
17
news24.az

10Mənbələr