AZ

Belçikalı tennisçilər danışılmış oyunlara görə diskvalifikasiya edildi

Tennisdə mənfi hadisələrlə mübarizə aparan müstəqil orqan yeddi belçikalı tennisçini danışılmış oyunlara görə diskvalifikasiya edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport-ekspress" qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oyunçular arasında: Artur de Qrif , Romen Barbosa, Alek Vitmer, Arno Qress, Julen Dubel , Maksim Otom və Ömər Salman var.

Danışılmış oyunlara görə, idmançılar iki ildən dörd il 10 aya qədər olan müddətə yarışlardan kənarlaşdırılıb. Bundan əlavə, onlardan 30-45 min dollar arasında cərimə ödəmələri tələb olunub.


Müəllif: Teleqraf.com
Seçilən
545
8
teleqraf.com

10Mənbələr