AZ

Belçikalı tennisçilər danışılmış oyunlara görə diskvalifikasiya edildilər

Tennisdə mənfi hadisələrlə mübarizə aparan müstəqil orqan yeddi belçikalı tennisçini danışılmış oyunlara görə diskvalifikasiya edib.

Bu barədə “Sport-ekspress” qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Oyunçular arasında: Artur de Qrif , Romen Barbosa, Alek Vitmer, Arno Qress, Julen Dubel , Maksim Otom və Ömər Salman var.

Danışılmış oyunlara görə, idmançılar iki ildən dörd il 10 aya qədər olan müddətə yarışlardan kənarlaşdırılıblar.

Bundan əlavə, onlardan 30-45 min dollar arasında cərimə ödəmələri tələb olunub.

Seçilən
550
8
oxu.az

10Mənbələr