Bakı. Trend:
Azərbaycan Premyer Liqasının III turunun daha bir oyunu təxirəsalınıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidmətiaçıqlayıb.
Bu, ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsiledəcək “Zirə”nin quruma rəsmi müraciəti əsasında gerçəkləşib. Klubturnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi iləAzərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək“Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə IV turçərçivəsində keçiriləcək səfər oyununun isə XII turda keçiriləcəkev matçı ilə yerinin dəyişdirilməsini xahiş edib.
Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL “Zirə”ninmüraciəti, “Araz Naxçıvan” və “Şamaxı”nın razılığı əsasında2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin2-ci bəndini rəhbər tutaraq dəyişikliklər barədə qərar qəbuledib.
III turun “Zirə” – “Araz Naxçıvan” qarşılaşması təxirə salınıb.Komandaların əvəzedici heyətləri arasında baş tutacaq matçəvvəlcədən planlaşdırıldığı kimi oynanılacaq. Təxirə salınmışgörüşlə bağlı qərar sonra veriləcək.
IV turun “Şamaxı” – “Zirə” və XII turun “Zirə” – Şamaxı”matçlarının yerləri dəyişdirilib. Komandaların əvəzediciləriarasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulduğu kimikeçiriləcək.