AZ

“Zirə” PFL-ə müraciət edib

Ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

Apasport.az xəbər verir ki, klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.

Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər  tutaraq aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:

Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Araz Naxçıvan” oyunu təxirə salınır, komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun əvvəlcədən planlaşdırıldığı kimi oynanılır. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.

2024/25-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” – “Zirə” oyunu ilə 12-ci turun “Zirə” – “Şamaxı”  oyununun yerləri dəyişdirilir, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçirilir.

Əvəzedicilər liqasında III turun təyinatları açıqlanıb

Konfrans Liqası: "Zirə"nin cavab matçının baş hakimi müəyyənləşib

"Zirə"nin avrokuboklardan əldə etdiyi gəlir bəlli oldu

Elçin Məsiyev UEFA-dan təyinat alıb

"Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub

Seçilən
31
18
apasport.az

10Mənbələr