Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
İlk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pilədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.
İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.
Azərbaycan Premyer Liqası, III tur
18:15. “Kəpəz” – “Turan Tovuz”Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf AllahverdiyevVAR: Rauf CabarovAVAR: Vüsal MəmmədovHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Azər ƏsgərovTovuz şəhər stadionu
20:30. “Sumqayıt” – “Səbail”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli ƏliyevVAR: Fərid HacıyevAVAR: Rəhman İmamiHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Zümrüd AğayevaM. Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.