AZ

Azərbaycan Premyer Liqasında III tura bu gün start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Aznews.az xəbər verir ki , ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Kəpəz" "Turan Tovuz"la üz-üzə gələcək. Tovuz şəhər stadionundakı matç saat 18:15-də start götürəcək. Hazırda xalsız olan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb. Tovuz klubu dörd xalla üçüncü sırada yer alıb.

İkinci görüşdə "Sumqayıt" "Səbail"i qəbul edəcək. Oyun saat 20:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi üç xalla 4-5-ci, "dənizçilər" isə bir xalla 7-9-cu yerləri bölüşdürür.

Azərbaycan Premyer Liqası, III tur

18:15. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev

VAR: Rauf Cabarov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

Seçilən
35
19
aznews.az

10Mənbələr