AZ

Dünya çempionatında iki güləşçimiz yarımfinala yüksəldi

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatında iki güləşçimiz yarımfinala vəsiqəni təmin edib.

Yenisabah.az xəbər verir ki, mundialın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Xalçaya çıxan 5 idmançımızdan 2-si yarımfinala vəsiqə əldə edib.

U-17 dünya çempionatı

Yunan-Roma güləşi

4️8️ kq

Əmrah Əmrahov ukraynalı Boqdan Makarovetsə 3:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhajiyə 0:8 hesabı ilə məğlub olub.

55 kq

Əli Nəzərov startda gürcüstanlı David Qabedavanı 5:3 hesabı ilə məğlub edib. O, 1/4 finalda amerikalı Ceyden Raneyə 3:4 hesabı ilə uduzub.

65 kq

Emil Abdullayev serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı Vladislav Pokotilo ilə qarşılaşacaq.

80 kq

Orxan Hacıyev çinli Jeyinq Sonqu (10:1), ardınca qırğızıstanlı Joomart Aşimovu (tuş) və ermənistanlı Arame Arakelyanı (7:1) məğlub edib. Millinin üzvü yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşacaq.


Telegram kanalımız
Seçilən
120
30
yenisabah.az

10Mənbələr