AZ

“Neftçi” “Qarabağ”la oyunu öz stadionunda keçirəcək

“Neftçi Arena”nın ot örtüyü ilə bağlı son duruma aydınlıq gəlib.

 

Sportnet.az xəbər verir ki, bununla bağlı klubun koordinatoru Rüstəm Əfsərli açıqlama verib.

 

O bildirib ki, stadionun ot örütüyünün yaxşı vəziyyətə gətirilməsi ilə bağlı işləri aparılır: “Ciddi irəliləyiş var. Sentyabrın 20-də “Qarabağ”la oyunu məhz “Neftçi Arena”da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb”.

 

Onun sözlərinə görə, mövsümün əvvəlində də ot örtüyü istənilən səviyyədə olmayıb: “Ürəyimizcə deyildi. İlk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik”.


Seçilən
3
3
sportnet.az

5Mənbələr