AZ

Millimiz məğlub oldu

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

 

Sportnet.az-ın məlumatına görə, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.

 

Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.

 

Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

 

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.


Seçilən
39
8
sportnet.az

10Mənbələr