Suriyalı şəxs Almaniyada festivalı qana boyadı – 3 ölü, 8 yaralı
Almaniya polisi ölkənin qərbindəki Solingen şəhərində 3 nəfərin ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən kütləvi bıçaqlanma hadisəsində şübhəli bilinən şəxsi həbs edib.Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, Düsseldorf polisi və prokurorluğu bazar günü birgə bəyanat yayaraq, 26 yaşlı suriyalı şübhəlinin təslim olduğunu və cinayəti etiraf etdiyini bildirib.Almaniyanın federal prokurorları isə şübhəlinin Suriya vətəndaşı İsa əl-Həsən olduğunu, həmçinin İŞİD üzvü olmaqda şübhəli bilindiyini bəyan edib.Hücum Solingen şəhərinin 650 illik yubileyi münasibətilə keçirilən festivalda Solingenin mərkəzi meydanında cümə günü axşam saatlarında baş verib. Bazar gününə qədər davam etməli olan üç günlük festival təxirə salınıb.Cümə günündən axtarışda olan şübhəli şənbə günü həbs olunub.Digər tərəfdən, Almaniya federal prokurorları işi öz üzərinə götürüb və şübhəlinin İŞİD üzvü olub-olmadığını araşdırmağa başlayıb.Qeyd edək ki, Solingen Düsseldorf və Köln arasında yerləşən təxminən 150 min əhalisi olan bir şəhərdir.
Xəbərin oxunma sayı :
40
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta