Nigeriyada incimiş qız ondan boşanmaq istəməyən ərinin evini yandırıb.
Herbiand.az xəbər verir ki, bu barədə Daily Trust nəşri məlumat yayıb.
20 yaşlı Əminə Həssən toya bir neçə gün qalmış evlənmək fikrindən daşınıb. O, bunu valideynlərinə bildirib, lakin onlar qonaqlara dəvətnamələr göndərdikləri üçün toyu ləğv etmək istəməyiblər. Onda qız bəyə evləndikdən dərhal sonra boşanmağı təklif edib. Əminənin sözlərinə görə, o, buna etiraz etməyib.
Toydan sonra Əminə Həssən boşanmağı tələb etsə də, kişi verdiyi sözü yerinə yetirməkdən imtina edib. Belə olan halda qadın problemə digər tərəfdən yanaşmağa çalışıb və cadugərdən ərinin ona nifrət etməsini istəyib. Cadugər ondan 12 min naira (təxminən 25 manat - red.) alaraq ritual edib, lakin xeyiri olmayıb.
Uğursuzluqdan sonra qız ərinin evini yandırmaq qərarına gəlib. Daha sonra o, polis tərəfindən saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
Bəxtiyar CƏFƏRLİ