AZ

Roman Saley finalda - Paris-2024

Azərbaycan paraüzgüçüsü Roman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti dəfə qüvvəsini sınayıb.

Prosport.Az xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında mübarizə aparıb.

Finişə 54,21 saniyəyə çatan idmançı final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paris Paralimpiya Oyunlarının gümüş medalını qazanıb.

Seçilən
143
12
prosport.az

10Mənbələr