AZ

"Qarabağ" "Qalatasaray" və "Mançester Yunayted"i geridə qoydu

Sentyabr ayı üçün klubların reytinq siyahısı açıqlanıb.

Sportnet.az xəbər verir ki, IFFHS tərəfindən hazırlanan cədvəldə Azərbaycan çempionu “Qarabağ” 182,75 xalla 52-ci sırada qərarlaşıb.

Qurban Qurbanovun komandası bu göstərici ilə “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli” kimi klubları geridə qoyub.

Ölkəmizin digər klubu “Zirə” 91,25 xalla 211-cidir. “Sabah” (59 xal) 428-ci, “Neftçi” (53,5 xalla) 482-cidir.

Qeyd edək ki, siyahıya 403 xalla Madrid “Real”ı başçılıq edir. “Mançester Siti” (368 xalla) ikinci, “Bayer” (353 xal) isə üçüncüdür.


Seçilən
12
5
sportnet.az

5Mənbələr