AZ

Məktəbə gedən 14 yaşlı oğlan itkin düşdü

Gəncədə yeniyetmə itkin düşüb.
 
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Yəhya Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
 
Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər.
 
Müraciətlə bağlı Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Seçilən
92
22
moderator.az

10Mənbələr