AZ

Salyanda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Salyan, 18 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib.

Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət alanlar aşağıdakılardır:

1991-ci il təvəllüdlü Əkbərova Nübar Alışalı qızı

1999-cu il təvəllüdlü Hətəmova Fatimə Xalıq qızı

1994-cü il təvəllüdlü Mikayılova Püstəxanım Hafiz qızı

1991-ci il təvəllüdlü Bağırlı Səbinə Zülfüqar qızı

1997-ci il təvəllüdlü Məmmədova Aynur Mirzağa qızı

1990-cı il təvəllüdlü Məlikova Elnurə Xoşbəxt qızı

2003-cü il təvəllüdlü Zalıyev Səbuhi Rüfət oğlu

2000-ci il təvəllüdlü Səmədova Xanım Etibar qızı

2017-ci il təvəllüdlü Məmmədova Mələk Azad qızı

2018-ci il təvəllüdlü Məmmədova Nuray Azad qızı.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
504
2
azertag.az

8Mənbələr