AZ

“Atommaş”da yanğın olub...

Rostov vilayətinin Volqodonsk şəhərində noyabrın 18-dən 19-na keçən gecə nüvə sənayesi üçün avadanlıq istehsal edən “Atommaş” zavodunun mühəndis sexi yanıb.

SİA-nın əldə etdiyi məlumata görə,yanğın barədə şəhər rəhbəri Sergey Makarov bildirsə də, lakin hadisənin səbəblərini açıqlamayıb.

...Volqodonsk administrasiyasının rəhbəri yanğın söndürüldükdən sonra səhər saatlarında yanğın barədə məlumat verib. Rəsmi məlumata görə, yanğın gecə yarısı zavodun mühəndislik mərkəzində baş verib, bundan sonra alov yüz əlli kvadratmetrə qədər əraziyə yayılıb.

...Amma istehsal prosesi dayandırılmayıb.

Bunu şəhər rəhbərliyi bildirib.

Volqodonsk “Atommaş” zavodu “Rosatom”un maşınqayırma bölməsinə daxil olan “AEM-Technologies” qrupunun bir hissəsidir.

Volqodonsk müəssisəsi nüvə reaktorları üçün hissələri istehsal edir: qurğular və yuxarı blok və buxar generatorları dəsti olan korpus, “AEM-Technology” şirkətinin baş direktoru İqor Kotov bildirib.

Nazlı

Seçilən
362
3
sia.az

6Mənbələr