AZ

“İrəvan Bakı ilə danışıqlara hazırdır” - Ermənistan XİN

“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.

Gundem.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan XİN-in dünənki bəyanatına cavab olaraq yaydığı məlumatda qeyd olunub.





“Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Ermənistan dövlət sərhədində delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini təklif edib. 

Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib.

Seçilən
264
8
gundem.az

9Mənbələr