AZ

Təyyarə qəzasında yaralanan daha 3 nəfər Azərbaycana gətirilir

Aktaudakı təyyarə qəzasında xəsarət alan və Qazaxıstanda xəstəxanada müalicə olunan 3 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.

"Cebheinfo.az"ın məlumatına görə, onların digər yaralılar kimi "Yeni Klinika"ya yerləşdiriləcəyi gözlənilir.

Bununla da kənar müdaxilə nəticəsində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan bütün Azərbaycan vətəndaşları Vətənə gətiriləcək.

Qeyd edək ki, bundan əvvəl 14 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

"Cebheinfo.az"

Seçilən
147
50
cebheinfo.az

10Mənbələr