AZ

Sabah səhər 9-dan etibarən… – Xəbərdarlıq

  Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Referans xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Qaradağ-Sumqayıt” yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.

“Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.  

Seçilən
405
23
referans.az

10Mənbələr