AZ

Finlandiya Rus və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını qadağan etmək istəyir

Finlandiya Müdafiə Nazirliyi Rusiya və Belarus vətəndaşlarının ölkədə daşınmaz əmlak almasını qadağan edən yeni qərar layihəsi hazırlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin aparıcı media qurumlarından olan Yle tele-radio şirkəti məlumat yayıb.

Verilən məlumata görə, nazirlik bu qərarı Finlandiyanın milli təhlükəsizliyi ilə əlaqələndirir.

Qərar layihəsi artıq ekspertlərə təqdim olunub və sənəddə göstərilir ki, Finlandiyaya təhlükə yaratdığı hesab edilən ölkələrin vətəndaşlarına daşınmaz əmlak satışı qadağan ediləcək.

Müdafiə Nazirliyi bildirib ki, bu kriteriyaya əsasən, Rusiya və Belarus bu kateqoriyaya daxildir. Qərarın məqsədi bu ölkələrin vətəndaşlarının Finlandiyada torpaq və ya ev alaraq ölkənin təhlükəsizliyinə mümkün müdaxiləsinin qarşısını almaqdır.

Hazırda qərar layihəsi müzakirə mərhələsindədir. Qəbul olunacağı təqdirdə, Rus və Belarus vətəndaşlarının Finlandiyada daşınmaz əmlak alma hüquqları ciddi şəkildə məhdudlaşdırılacaq.

Seçilən
90
3
operativmedia.az

10Mənbələr