AZ

Tramp ABŞ-yə köçmək istəyənlər üçün "Qızıl kart" saytını açıq elan edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp onun adını daşıyan “qızıl kart” - 5milyon dollar qarşılığında Birləşmiş Ştatlarda yaşayış hüququqazanmaq məqsədilə ərizələrin qəbulunu nəzərdə tutan xüsusi saytınişə salındığını elan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Portalda peyda olan anketdə istifadəçilərdən tam adları,yaşadıqları bölgə, elektron poçt ünvanı, eləcə də, ərizəni fizikişəxs qismində, yoxsa şirkət adından təqdim etdikləri sorğulanır.Qeydiyyat pəncərəsi prosesin yalnız ilkin mərhələsi sayılır.

Öz “Truth Social” hesabında Tramp minlərlə insanın ona “dünyanınən qüdrətli dövlətinə və ən iri bazarına düşməyin yolları barədəsual verdiklərini” və “gözləmə siyahısının” artıqaktivləşdirildiyini bildirib.

Qeyd edək ki, Trampın “qızıl kart” vizası onu əldə edənlərə“yaşıl kartın” imtiyazlarından əlavə üstünlüklər verəcək və həminşəxsin ABŞ vətəndaşlığı alması prosedurunu sürətləndirəcək.

Məqalədə:
Seçilən
67
31
az.trend.az

10Mənbələr