AZ

Avropa ABŞ ilə razılaşmasa, 50 faizlik rüsum tətbiq ediləcək

Sfera.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) iyulun 9-na qədər ABŞ ilə ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəlməyi və bu razılaşma əsasında Vaşinqtonla danışıqları detallı şəkildə davam etdirməyi hədəfləyir. 

Sfera.az “Bloomberg” ə istinadən xəbər verir ki, məlumata görə, Aİ-nin əsas ssenarisi iyulun 9-dək baza razılaşmasının əldə olunmasıdır.

Bu isə tərəflərə daha dərin danışıqlar üçün əsas verəcək. Lakin bildirir ki, Aİ ABŞ-nin Brüssel üçün əlverişsiz ticarət şərtləri irəli sürəcəyindən ehtiyat edir və bu səbəbdən mümkün əks tədbirlər planını da ciddi şəkildə hazırlayır.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, may ayının sonunda ABŞ Prezidenti Donald Tramp Aİ-dən idxal olunan mallara iyunun 1-dən etibarən 50%-lik gömrük rüsumu tətbiq etməyi tövsiyə etmişdi. Lakin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə telefon danışığından sonra Tramp Aİ-yə razılaşma üçün iyulun 9-dək möhlət verməyə razılıq verib.

Fidan Hacızadə

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
37
sfera.az

10Mənbələr