Məşhur aktrisa Hande Erçel yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Kann Film Festivalının ən çox müzakirə edilən aktrisası həm də təmsil etdiyi markalara milyonlarla dollar media dəyəri qazandırıb.
Nəhəng influenser platforması "Lefty"nin yaydığı məlumata görə, Hande sosial şəbəkədə Kann Film Festivalının ən çox axtarılanları siyahısında ikinci yerdə qərarlaşıb.
Bununla da, o təmsil etdiyi markalara 6.06 milyon dollar media dəyəri qazandırıb.
Aktrisa festivalda bahalı zinət əşyaları markalarını təmsil edib.