AZ

6,1 bal gücündə zəlzələ oldu - İnsan tələfatı... - SON DƏQİQƏ 

Yaponiyanın Hokkaydo adasının yaxınlığında güclü yeraltı təkanlar baş verib.

Yerli seysmoloji xidmətin verdiyi məlumata görə, bölgədə 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ 2 iyun tarixində saat 05:51-də baş verib. Yeraltı təkanların mərkəzi Hokkaydonun sahillərindən təxminən 285 kilometr cənub-qərbdə, Kunaşir adasında yerləşən Qolovnino kəndinə yaxın ərazidə olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Kuril adalarının cənub bölgələrində də təxminən 2 bal gücündə hiss olunub. Hazırda hadisə nəticəsində hər hansı dağıntı və ya insan tələfatı ilə bağlı məlumat verilməyib.


Seçilən
315
45
referans.az

10Mənbələr