AZ

Böyük Britaniyada Roman Abramoviçə qarşı hələlik heç bir iddia qaldırılmayıb

Britaniya hakimiyyəti hələlik rusiyalı iş adamı Roman Abramoviçə qarşı “Çelsi”nin satışından əldə olunan vəsaitin xərclənməsi ilə bağlı hər hansı bir iddia qaldırmayıb.

Operativ Media "Bloomberg"ə istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti “Çelsi”nin satışından əldə olunan gəlirdən 2,34 milyard funt-sterlinqin (təxminən 250 milyard rubl) ayrılmasını tələb etmək üçün məhkəməyə müraciət etməyi planlaşdırır. Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi, Abramoviçlə bu məsələ üzrə hələ də razılığa gələ bilmədiklərinə görə narazılıqlarını bildiriblər.

Roman Abramoviç 2003–2022-ci illərdə London klubunun sahibi olub. Bu müddət ərzində “Çelsi” beş dəfə İngiltərə çempionu və İngiltərə kubokunun qalibi, üç dəfə İngiltərə Liqa kubokunun qalibi, iki dəfə isə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

İş adamı sanksiyalara məruz qaldıqdan sonra 2022-ci ildə futbol klubunu satıb. O, “Çelsi”nin satışından əldə olunan vəsaiti (4,25 milyard funt-sterlinq və ya təxminən 450 milyard rubl) ala bilməmişdi, çünki bu vəsait Britaniya hesablarında dondurulmuşdu.

Seçilən
113
50
operativmedia.az

10Mənbələr