11:19 04.06.2025
11:19 04.06.2025
Sabirabad rayonunun Muğan Gəncəli kəndində baş verən və ikisi körpə olmaqla 4 nəfərin ölümünə səbəb olan yanğının ilkin səbəbləri məlum olub.
Mynews.az xəbər verir ki, “Report”un əldə etdiyi xəbərə görə, yanğın gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verib. Gecə saatları olduğundan evdə olan şəxslərin 4-ü də yuxuda olub.
FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar və yanğın söndürülüb. Yanğının kəşfiyyatı zamanı məlum olub ki, ev İmanova Bahar Niyaz qızına məxsus olub. Evdə yanğın zamanı olan ev sahibinin oğlu Tural İmanov, gəlini Safalı İmanova və nəvələri- 2020-ci il təvəllüdlü Osmanbəy İmansoy və 2024-cü il təvəllüdlü Esma İmansoy yanaraq ölüb.