AZ

Serbiyalı azarkeşlər bu oyuna buraxılmayacaq

Serbiya azarkeşləri bu gün Tiranada keçiriləcək 2026-cı il dünya çempionatının seçmə mərhələsində Albaniya ilə oyuna buraxılmayacaqlar.

Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Matç zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək, stadion ətrafındakı yollar bağlanacaq. Albaniya Futbol Federasiyasının prezidenti Armand Duka bildirib ki, serb azarkeşlərin stadiona buraxılmaması daha sakit bir mühitin yaradılmasına xidmət edəcək.

Qeyd edək ki, Albaniya son dəfə Serbiya yığmasını 2015-ci ildə qəbul edib. Həmin görüşdə serblər 2:0 hesabı ilə qalib gəlmişdilər və o vaxt da Serbiya azarkeşlərinin stadiona girişinə icazə verilməmişdi.

Seçilən
407
14
publika.az

10Mənbələr