İtaliya yığmasının qapıçısı Canluici Donnarumma PSJ-də qalmaq istəyir.
Offsideplus.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib. 25 yaşlı qapıçı "Mançester Siti"nin marağına baxmayaraq PSJ-də xoşbəxtdir:
"Mənim istəyim PSJ-də qalmaqdır.
Yeni müqaviləyə imza atacağam, problem çıxacağını düşünmürəm".
Qeyd edək ki, Donnarummanın hazırki sözləşməsi gələn ilin yayında bitir.