AZ

Almaniya kəşfiyyatı: “Rusiya NATO ölkəsinə hücum edə bilər” - VİDEO

AzVision.az “N-tv” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Bruno Kalın iddiasına görə, Rusiyadan gələn təhlükənin səviyyəsini lazımınca qiymətləndirməmək düzgün deyil. Belə ki, Moskva öz təsir zonalarını genişləndirməyə çalışır.

“Ukraynanın Qərbə doğru bir addım olduğuna biz əminik və buna dair kəşfiyyat sübutlarımız var. Moskvada artıq NATO-nun 5-ci maddəsinin işlədiyinə inanmayanlar var və onlar bunu sınaqdan keçirmək istərdilər”,- BND rəhbəri deyib.

Broyer:"NATO Rusiyanın hücumuna hazırlaşmalıdır"- VİDEO
Xatırladaq ki, bundan əvvəl Almaniya Silahlı qüvvələrinin baş müfəttişi Karsten Broyer NATO-nu yaxın 4 il ərzində Rusiya ilə silahlı toqquşmaya hazırlaşmağa çağırıb. Broyerin sözlərinə görə, NATO onun 40 illik xidmətində Rusiya tərəfindən görmədiyi“kütləvi hərbi təhlükə”ilə üzləşib.

Lakin bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban “La Chaîne Info” nəşrinə müsahibəsində Rusiyanın NATO ölkələri üçün təhlükə olması fikri ilə razılaşmayıb. Onun fikrincə, bu hücumu həyata keçirmək üçün ruslar çox zəifdirlər.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
60
43
azvision.az

10Mənbələr