AZ

Husilər Təl-Əviv səfirliyinə gələcək hücumlarla bağlı xəbərdarlıq ediblər

Yəmənin Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşhət Təl-Əvivdə səfirlikləri olan dövlətləri diplomatik nümayəndəliklərini daha təhlükəsiz yerə köçürməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Əl-Məşhət bu çağırışı Husilər üçün hədəf ola biləcək Təl-Əvivin Yaffa bölgəsində yerləşən səfirliklərin riski ilə əlaqələndirib. O, İsrail hökumətini səfirliklərin təhlükəsizliyini təmin etmək üçün onların köçürülməsini təmin etməyə çağırıb.

Seçilən
59
1
operativmm.az

2Mənbələr